Arvadından tanınmış müğənniyə qarşı sərt ittiham - Oğluma görə susurdum

12-09-2022, 22:46
157

BUGUNBİLDİM.COM



"Yüzyüzeyken Konuşuruz" qrupunun solisti Kaan Boşnak həyat yoldaşı Başak Ceylan Torun tərəfindən zorakılıqda ittiham olunur.

Nəzər Media.az axşam.az-a istinadən xəbər verir ki, Başak ifaçının ona və uşaqlarına şiddət tətbiq etdiyini iddia edib. Bu barədə o, sosial media hesabında paylaşım edib:

"Ailəm və oğlum üçün susurdum, amma anladım ki, susmamalıyam. Məni həm aldadıb, həm də şiddətə məruz qoyub. İllərdir susurdum, demək ki, qadınları belə öldürülürmüş. Bundan sonra oğluma, ailəmə və mənə yaşadılan bu vəziyyətə aydınlıq gətirmək üçün vəkillərimlə birlikdə lazımi hüquqi prosedurlara başlayacağıq".

Qeyd edək ki, Kaan və Başak 2020-ci ildə ailə həyatı qurub. Cütlüyün bu evlilkdən bir övladı var.