TOP.az Premyer Liqası VII tur-NƏTİCƏLƏR-TURNİR CƏDVƏLİ

1-10-2017, 23:58
257


TOP.az Premyer Liqasında VII tura yekun vurulub. Bu tur bəzi maraqlı nəticələrlə yadda qalıb. Belə ki, bu turda qələbə üzünə həsrət qalan iki komandanın hər ikisi səfər qələbəsinə sevinib.

Turun ilk oyunu "İnter Arena"da keçirilib. Burada VI turdur qələbəyə həsrət qalan flaqman "Neftçi" "İnter"in qonağı olub. İlk hissəsi 0:0 keçən oyunda ikinci hissədə qonaqlar rəqibin qapsına iki cavabsız top vurmaqla 0:2 hesablı qələbə qazanıb.

Turun ilk günün ikinci oyunu maraqlı, bir o qədər də gözlənilməz nəticəsi Qəbələdə olub. Burada da ssenari Bakıdakı kimi olub. VI tur qələbəyə həsrət qədim Gəncə təmsilçisi "Kəpəz" ilk hissəsi 0:0 keçən oyunun ikinci hissəsində iki cavabsız top vuraraq 0:2 hesablı qələbə qazanıb.

Turun ikinci günündə gözlənilən ancaq birinci gündəki oyunların nəticəsinə bərabər bir nəticə alınıb. Debütant "Səbail"in qonağı olan gənclik şəhər təmsilçisi "Sumqayıt" 0:2 hesablı səfər qələbəsinə sevinib.

Turun son oyunu həmdə turun mərkəzi qarşılaşması olub. Mərkəzi arenamız Tofiq Bəhramov adına Respublika Stadionunda UEFA Çempionlar Liqasının fatehləri olan "Qarabağ" bu ilin məğlubdilməzi "Zirə"ni qəbul edib. Qızıl medallara iddialı olan iki komandanın oyunu başladığı hesabla bitib-0:0


NƏTİCƏLƏR

"İnter"-"Neftçi"-0:2
"Qəbələ"-"Kəpəz"-0:2
"Sumqayıt"-"Səbail"-0:2
"Qarabağ"-"Zirə"-0:0

TURNİR CƏDVƏLİ

NKlublarOQHMT-FX
1Qarabağ651012-316
2Zirə743012-515
3Qəbələ741210-813
4Sumqayıt73138-1010
5İnter72237-98
6Səbail62044-86
7Neftçi71155-94
8Kəpəz71155-114
 
Mahir Mədətov ("Qarabağ") - 5 qol
Vüsal İgəndərli ("Zirə") - 3 qol
Riçard Qadze ("Zirə") - 3 qol
Baqali Dabo ("Qəbələ") - 3 qol
Amil Yunanov ("Sumqayıt") - 3 qol