Dövlət rəsmiləri gənclər təşkilatını ziyarət etdilər-FOTOLAR

27-12-2016, 09:25
323

Dövlət rəsmiləri gənclər təşkilatını ziyarət etdilər-FOTOLARGənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional Ofisinin bu dəfəki qonaqları Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev oldu.

Ofisin rəhbəri Aygün Həsənzadə qonaqları Mərkəzin iş şəraiti, fəaliyyəti və əməkdaşları ilə ilə yaxından tanış etdi, onlara Mərkəzin həyata keçirdiyi layihə və proqramlar barədə arayış verdi. Bildirdi ki, Regional Ofis Gəncə şəhərində yerləşməklə, Tovuz, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Samux, Göygöl, Goranboy, Naftalan və Daşkəsən rayonlarını əhatə edir. Həyata keçirilən fəaliyyətlər əsasən region gənclərinin bilik və bacarıqlarının artırılmasına, asudə vaxtlarının səmərəli təşkilinə, onların ictimai fəallığının yüksəldilməsinə yönəldilib.

Qonaqlar Mərkəzlə tanışlıqlarından məmnun olduqlarları diqqətə çatdıraraq, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti, dövlət tərəfindən gənclər üçün yaradılan imkanlar, gənclərin cəmiyyət həyatında fəal iştirakı barədə fikirlərini bölüşdülər. Qeyd olundu ki, ötən illər ərzində gənclər siyasətinin normativ hüquqi bazası və strukturu formalaşıb, Azərbaycan gənclərinin inkişafı strategiyası qəbul edilib. Qısa zaman kəsiyində respublikanın 38 rayon və şəhərində gənclər evləri və mərkəzləri, 300-dən çox gənclər təşkilatı yaradılıb. Gənclər Fondunun yaradılması ilə son 5 ildə 3 mindən artıq təşəbbüs dəstəklənib.

Daha sonra gənclərlə fikir mübadiləsi aparıldı, onları maraqlandıran suallar cavablandırıldı.

"Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyi

   //Nəzər Media.az
Dövlət rəsmiləri gənclər təşkilatını ziyarət etdilər-FOTOLAR
Dövlət rəsmiləri gənclər təşkilatını ziyarət etdilər-FOTOLAR
Dövlət rəsmiləri gənclər təşkilatını ziyarət etdilər-FOTOLAR