Azərbaycan Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinə təqdim olunan layihələrin 60 faizi regionların payına düşür.
Bunu Fondun icraçı direktoru Fərhad Hacıyev deyib.
Onun sözlərinə görə, həmin layihələrdən 93-ü Gəncədə həyata keçiriləcək: "Artıq mayın 1-dən gənclər təşkilatlarının layihələrinin icrasına başlanılıb. İyunun 1-dən isə fərdi layihələrin reallaşdırılmasına başlanılacaq".
F.Hacıyev onu da qeyd edib ki, ilin ikinci yarısında Gənclər Fondu tərəfindən növbəti qrant müsabiqəsinin keçirilməsi planlaşdırılır.
Fərhad Hacıyev qeyd edib: "Biz mövzular üzərində işləyirik. Müəyyən sorğular, məsləhətləşmələr aparırıq. Bu barədə iyunun əvvəlində məlumat veriləcək. Təbii ki, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" prioritet olaraq qalacaq. Ondan sonra ölkəmizdə keçirilən böyük tədbirlərlə bağlı layihələr qəbul olunacaq. Gənclərin maraqlarını müəyyən istiqamətlər üzrə əks etdirmək üçün sağlam həyat tərzi, asudə vaxtın təşkili, vətənpərvərlik tərbiyəsi və bir çox maraqlı mövzular əhatə olunacaq".
//Kəpəz TV
Nəsrinin Yunanıstan tətili - FOTOLAR
Biləsuvarda 7 yaşlı uşaq qəfil vəfat etdi
Narkotikə görə saxlanılan aktrisa ilə bağlı qərar verildi: Roluna davam edəcəkmi?
Nazir özünə yeni köməkçi təyin etdi - FOTO
İbrahim Çelikkol evlənir?
18 yaşlı qız itkin düşdü - FOTO
Aygün Bəylərin qəbri hazırlanır - FOTO
Nigar Camalın qızı çempion oldu - FOTOLAR
Sinqapur Hava Yollarına məxsus təyyarə turbulentliyə girdi: 1 ölü, 30 yaralı
İki yük maşını toqquşdu:1 ölü, 4 yaralı
Aygün Kazımova kimdir? – Həyatında olan insanlar və saxladığı sirlər
İki avtomobil toqquşdu: 4 yaralı
Nigeriyada mədən bölgəsinə hücum: 40
Zəncirvari qəza: 2 yaralı
İsrail hava hücumları zamanı 7 nəfər öldü