“İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək

8-11-2016, 13:13
589

“İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək"İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcəkDekabrın 3-də Azərbaycan Respubilikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə "İşğaldakı Sərvətimiz” adlı rəsm sərgisi keçiriləcək.

Layihə çərçivəsində 17-29 yaş arasında gənc rəssamların əsərlərindən ibarət sərgi təşkil olunacaq.

Sərgidə Qarabağda düşmən təcavüzü nəticəsində məhv edilmiş milli mədəni irsimiz, tarixi abidələrimiz habelə təbii sərvətlərimizin əks etdirən rəsm əsərlərinin nümayiş olunması nəzərdə tutulur. Sərgidə iştirak etmək istəyən şəxslər fidan.boyukbabali.1994@gmail.com ünvanına mövzuya aid olan əsərlərin keyfiyyətli fotolarını 25.11.2016-cı il tarixinədək göndərmələri xahiş olunur. Layihə boyunca görüləcək işlər və yeniliklər barədə məlumatları "İşğaldakı Sərvətimiz” facebook səhifəmizi izləyərək əldə edə bilərsiniz.
Hörmətlə layihə rəhbəri: Fidan Böyükbabalı
Əlaqə nömrəsi: +99450 743 58 78
+99477 477 17 27
Elektron poçt ünvanı: fidan.boyukbabali.1994@gmail.com

   //Nəzər Media.az