"Sumqayıt" "Kəpəz"i qəbul edir-START HEYƏTLƏR

2-10-2022, 17:00
229

BUGUNBİLDİM.COM


Cümə günü Azərbaycan Premyer Liqasında VIII tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib. 

Turun və günün sonuncu qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edəcək. "Sumqayıt"ın əsas hədəfi bu tur ən azı ilk qələbəsini qazanmaqdır. "Kəpəz"də keçən tur əldə etdiyi qələbədən sonra bu turda meydan xal və ya xallarla ayrılmaq istəyir. Hakim Kamal Umudlunun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Sumqayıt"ın start heyəti:

13. Aydın Bayramov (GK)

3. Vurğun Hüseynov (C)

6. Vüqar Mustafayev

14. Elvin Bədəlov

10. Vüsal İsgəndərli

17. Murad Xaçayev

18. Süleyman Əhmədov

11. Rüfət Abdullazadə

8. Səbuhi Abdullazadə

5. Stiven Pereyra

12. Todor Todoroski

"Sumqayıt"ın ehtiyat oyunçuları:

25. İlnur Valiev (GK)

36. Xəyal Fərzullayev

7. Araz Abdullayev

15. Vüqar Bəybalayev

23. Rifat Nurmuqamet

24. Elşən Abdullayev

55. İbrahim Əliyev

20. Ayxan Süleymanlı

21. Nihad Əhmədzadə

22. Damian Daniçiç

30. Filipe Çabi

"Sumqayıt"ın baş məşqçisi: Samir Abasov

"Kəpəz"in start heyəti:

68. Orxan Sadıqlı (GK)

80. Tural Rzayev

74. Yusif Nəbiyev

10. Əli Səmədov (C)

14. Elçin Əlicanov

2. Zamiq Əliyev

5. Peyman Keşavarzi

40. Ahmed Ayzaya

9. Mate Kvirkviya

7. Giorgi Kantariya

19. Abdullahi Şuaybu

"Kəpəz"in ehtiyat oyunçuları:

12. Kamran İbrahimov(GK)

1. Müşviq Nadirov(GK)

8. Tural Axundov

32. Elvin Yunuszadə

70. Nicat Süleymanov

77. Fərid Nəbiyev

24. Mixeil Erqemlidze

97. Nicat Məmmədov

20. Mahir Həsənov

78. Yeqor Xvalko

"Kəpəz"in baş məşqçisi: Tərlan Əhmədov

Azərbaycan Premyer Liqasının VIII turuna cümə günü start verilib. 

Cümə günü bir qarşılaşma baş tutub. Günün yeganə qarşılaşmasında  "ASCO Arena"da "Səbail" "Qəbələ"ni qəbul edib. İlk hissənin son dəqiqəsi dənizçilər üçün uğurlu olmayıb. Beləki oyunun 44-cü dəqiqəsində "Səbail"in heyətindən Qustavo De Fransa ikinci sarı vərəqə göstərilərək ikinci hissədə oynamaq şansı verilməyib-"Səbail"-"Qəbələ"-0:0. Oyunun ilk hissəsi başladığı hesabla bitib-"Səbail"-"Qəbələ"-0:0. Oyunun 54-cü dəqiqəsində "Qəbələ" İsnik Aliminin penaltidən qolu ilə hesabı açıb-"Səbail"-"Qəbələ"-0:1. Oyunun 61-ci dəqiqəsində meydan sahibləri Ağabala Ramazanovun qolu ilə hesabı bərabərləşdirdib-"Səbail"-"Qəbələ"-1:1. Oyunun 90-cı dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin iknci topuna imza ataraq komandasını yenidən hesabda irəli çıxarıb. Bu oyunda vurulan son qol olub və "Qəbələ" matçda 1:2 qalib ayrılıb.

Dünən isə iki qarşılaşma baş tutub. "Tovuz Şəhər Stadionu"nda "Turan Tovuz" "Zirə"ni qəbul edib.  Artıq oyunun 27-ci dəqiqəsində Natan Oduvanın qolu ilə "Turan Tovuz" hesabı açıb-"Turan Tovuz"-"Zirə"-1:0. Oyunun 33-cü dəqiqəsində "Zirə" Coşqun Diniyevin qolu ilə hesabı bərabərləşdirib-"Turan Tovuz"-"Zirə"-1:1. Fasiləyə qədər qonaqlar hesabda irəli çıxmağa da nail ola biliblər. Oyunun 40-cı dəqiqəsində Hamidu Keyta "Zirə"nin ikinci topuna imza atarq komandasını yenidən hesabda irəli çıxardıb-"Turan Tovuz"-"Zirə"-1:2. İlk hissə "Zirə"nin 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 48-ci dəqiqəsində Hamidu Keyta özünün ikinci "Zirə"nin üçüncü topuna imza atıb-"Turan Tovuz"-"Zirə"-1:3. Bu oyunda vurulan sonuncu qol olub və "Zirə" matçdan 1:3 qalib ayrılıb.

Günün ikinci qarşılaşmasında Azərbaycan derbisində "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edib. Artıq oyunun 24-cü dəqiqəsində "Neftçi" Eddi İsrafilovun qolu ilə hesabı açıb-"Qarabağ"-"Neftçi"-0:1. İlk hissə "ağ-qaralar"ın 0:1 üstünlüyü ilə başa çatıb. Oyunun 56-cı dəqiqəsində Kadi Borges "Qarabağ"ın bərabərlik topuna imza atıb-"Qarabağ"-"Neftçi"-1:1. Oyunun 68-ci dəqiqəsində Abdullah Zubir "Qarabağ"ın ikinci topuna imza ataraq "Qarabağ"ı hesabda irəli çıxardıb-"Qarabağ"-"Neftçi"-2:1. Oyunun 74-cü dəqiqəsində Kvabena Ovusu "Qarabağ"ın üçüncü topuna imza atıb-"Qarabağ"-"Neftçi"-3:1. Bu görüşdə vurulan son qol olub və "Qarabağ" matçdan 3:1 qalib ayrılıb.