"Zirə" "Səbail"i qəbul edir-START HEYƏTLƏR

2-02-2022, 16:00
145

BUGUNBİLDİM.COM



Dünən futbol üzrə Azərbaycan Kubokunda 1/4 finalın ilk görüşlərinə start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ilk qarşılaşmasında "Zirə İdman Kompleksinin stadionu" "Zirə" I divizion təmsilçisi "Zaqatala"nı məğlub edən "Səbail"i qəbul edəcək. "Zirə" hədəfi doğma publika sərfərli nəticə ilə qələbə qazanmağı düşünür. Çempionatda işləri yaxşı getməyən "Səbail" isə Zirə kəndəndən sərfəli nəticə ilə dönüb Azərbaycan Kubokunda yolunu davam etmək istəyir. Hakim Kamal Umudlunun idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Zirə"nin start heyəti:

1. Mehdi Cənnətov (GK)
10. Ağabala Ramazanov (C)
21. Hacıağa Hacılı
32. Qismət Alıyev
19. Təmkin Xəlilzadə
91. Coşqun Diniyev
18. Davit Volkov
44. Dmitrios Çantakias
47. Mohamed Hamdaui
9. Loris Broqno
4. Cəlal Hüseynov

"Zirə"nin ehtiyat oyunçuları:

41. Anar Nəzirov (GK)
22. Rəşad Əzizli
8. İlkin Muradov
15. Ruslan Abışov
14. Hamidu Keyta
51. Rüstəm Nuruyev
13. Ramin Əhmədov
61. Nizami Səmədov
56. Samir Ağayev
25. Vüsal Əliyev

"Zirə"nin baş məşqçisi: Vaqif Paşayev

"Səbail"in start heyəti:

25. Elxan Əhmədov (GK)
14. Rahid Əmirquliyev (C)
5. Adil Nağıyev
11. Rauf Əliyev
22. Əfran İsmayılov
6. Cabir Əmirli
33. Domantas Şimkus
34. Yurqen Qoxa
30. Camal Araqo
32. Nikolas Raysel
77. Ədilxan Qarəhmədov

"Səbail"in ehtiyat oyunçuları:

31. Nail Alışov (GK)
17. Elçin Rəhimli
10. Cavid Tağıyev
21. Məhəmməd Mirzəbəyov
19. Ruslan Hacıyev
88. Elmir Tağıyev
99. Vidadi Cəfərov
38. Zeynəddin Abdurahmanov

"Səbail"in baş məşqçisi: Aftandil Hacıyev

1/4 finalın sonuncu qarşılaşmasında "Sumqayıt" Kapital Bank Arena"da "Qəbələ"ni qəbul edəcək. Premyer Liqada işləri yaxşı getməyən gənclik şəhər təmsilçisi "Sumqayıt" evdə sərfəli nəticə qazanmaq haqqında düşünür. Mövsümün ən diqqətçəkən komandalarından olan "Qəbələ" isə səfərdən əlverişli nəticə ilə dönüb Azərbaycan Kubokunda da iddialarını davam etdirmək istəyir.

Dünən iki qarşılaşma baş tutub.

İlk öncə "Qarabağ" "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Keşlə"ni qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Qarabağ"-"Keşlə"-0:0 . Oyunun 56-cı dəqiqəsində İbrahim Vadjenin qolu ilə "Qarabağ" hesabı açıb-"Qarabağ"-"Keşlə"-1:0. Bundan sonra oyunda heç yadda qalana hadisə olmadı və "Qarabağ" matçdan 1:0 qalib ayrıld. Tərəflər arasında cavab qarşılaşması Fevralın 12-də baş tutacaq.

Günün ikinci qarşılaşmasında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edib. Artıq oyunun -41-ci dəqiqəsində "Neftçi" Voyislav Stankoviçin qolu ilə hesabı açdı-"Neftçi"-"Sabah"-1:0. İlk hissə "Neftçi"nin 1:0 hesablı üstünlüyü ilə başa çatdı. Oyunun 50-ci dəqiqəsində Coy-Lens Mikelsin qolu ilə "Sabah" hesabı bərabərləşdirdi-"Neftçi"-"Sabah"-1:1. Bundan sonra oyunda tərəflərdən heç biri fərqlənə bilmədi. Oyun tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatdı-"Neftçi"-"Sabah"-1:1. Tərəflər arasında cavab qarşılaşması Fevralın 12-də baş tutacaq.

Xatırladaq ki, Azərbaycan Kubokunun 1\8 finalına keçən ilin dekabrın 10 start verilib.

İlk öncə "Zaqatala Olimpa Kompleksinn Stadionu"nda "Zaqatala" -"Səbail"i qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Zaqatala"-"Səbail"-0:0. İkinci hissədə oyunun 48-ci dəqiqəsində Miirsayib Abbasobun qolu ilə "Səbail" hesabı açdı-"Zaqatala"-"Səbail"-0:1. Oyunun 57-ci dəqiqəsində Roini İsmaylov "Zaqatala"nın bərabərlik topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:1. Oyunun 67-ci dəqiqəsində Əfran İsmayılov penaltidən vurduğu qolla "Səbail"i yenidən hesabda irəli çıxartdı-"Zaqatala"-"Səbail"-1:2. Oyunun 90+2-ci dəqiqəsində Mirsayib Abbasov dubl edərək öznünü ikinci komandasının üçünücü topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:3. Bu oyunda vurulan son qol oldu və "Səbail" adını 1/4 finalın iştirakçıları sırasına yazdırdı. Bu mərhələdə "dənizçilər"in rəqibi "mavi qartallar" "Zirə" olacaq.

Günün ikinci qarşılaşmasında "MOİK" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Görüşdə hesab oyunun 34-cü dəqiqəsində İlham Allahverdiyevin qolu ilə açılıb-"MOİK"-"Qəbələ"-1:0. İlk hissə hərbçilərin 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 55-ci dəqiqəsində Rövlan Muradov Qəbələnin bərabərlik topuna imza atdı-"MOİK-"Qəbələ"-1:1. Oyunun 75-ci dəqiqəsində Elşən Veysov qırmızı vərəqə alaraq "MOİK"i azlıqda qoyub-"MOİK"-"Qəbələ"-1:1. "Qəbələ" sayüstünlüyündən yararlana bilib. Oyunun 88-ci dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin ikinci topuna imza ataraq hesabı 1:2 edib. Bundan sonra oyunda başqa qol olmayıb və 1:2 qələbə qazanan "Qəbələ" adənı 1/4 finala yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi gənclik şəhər təmsilçisi "Sumqayıt" olacaq.

Dekabrın 11-də isə iki qarşılaşma baş tutumuşdu.

İlk öncə "Keşlə" "ASK Arena"da "Qaradağ Lökbatan"ı qəbul edib. Görüşdə hesab oyunun 7-ci dəqiqəsində Elnur Səmədovun qolu ilə açılıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:0. Oyunun 32-ci dəqiqəsində Samir Abdullayev "Keşlə"nin bərabərlik topuna imza atın-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. Oyunun 58-ci dəqiqəsində Rəhman Hacıyev "Keşlə"nin ikinci topuna imza ataraq "Keşlə"ni hesabda irəli çıxartdı-"Keşlə"-"Qaradağ Lökbatan"-2:1. Bundan sonra oyunda heç bir qol olmadı və "Keşlə" adını 1/4 final mərhələsinin iştirakçıları sırasına yazdırdı. Bu mərhələ də "Keşlə"nin rəqibi "Qarabağ" olacaq.

Günün ikinci qarşılaşmasında "Bank Respublika Arena"da "Sabah" qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Sabah"-"Kəpəz"-0:0. Oyunun 57-ci dəqiqəsində Coy-Lens Mikles hesabı açıb-"Sabah"-"Kəpəz"-1:0. Oyunun 61-ci dəqiqəsində Coy-Lens Mikles dubla imza ataraq öznünü və komandasının ikinci topuna imza atdı-"Sabah"-"Kəpəz"-2:0. Oyunun 90+2-ci dəqiqəsində isə Coy-Lens Miklesi əvəz edən Kamran Quliyev "Sabah"ın üçüncü topuna imza atdı-"Sabah"-"Kəpəz"-3:0. Bundan sonra oyunda qol olmadı və "Sabah" adını 1/4 final iştirakçılarının sırasına yazdırdı. Bu mərhələdə "Sabah"ın rəqəbi son çempion, Flaqman "Neftçi" olacaq.