"Qarabağ" "Keşlə"ni qəbul edir-START HEYƏTLƏR

1-02-2022, 16:32
215

BUGUNBİLDİM.COM



Bu gün futbol üzrə Azərbaycan Kubokukunda 1/4 finala start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.

1/4 finalın ilk qarşılaşmasında "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Keşlə"ni qəbul edəcək. Premyer Liqannın vahid lideri Azərbaycan Kubokuna da iddiasını davam etmək üçün bu oyundan mütləq qalib ayrılmağı düşünür. "Keşlə" isə audsayderi olduğu görüşdə möcüzə axtarışındadır. Hakim Vüqar Həsənlinin idarə edəcəyi qarşılaşma üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Qarabağ"ın start heyəti:

23. Luka Quqeşaşvili(GK)
5. Maksim Medvedev (C)
2. Qara Qarayev
18. İsmayıl İbrahimli
19. Filip Ozobiç
10. Abdullah Zubir
81. Kevin Medina
29. Marko Veşoviç
20. Kadi Borqes
25. Vadji İbrahima
27. Toral Bayramov

"Qarabağ"ın ehtiyat oyunçuları:


12. Emil Balayev (GK)
89. Amin Ramazanov
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
4. Rahil Məmmədov
77. Ramil Şeydayev
13. Bəhlul Mustafazadə
6. Patrik Andrade
15. Leandro Andrade
44. Elvin Cəfərquliyev
97. Rüstəm Əhmədzadə
22. Musa Qurbanlı


"Qarabağ"ın baş məşqçisi: Qurban Qurbanov


"Keşlə"nin start heyəti:

85. Kamal Bayramov (GK)
3. Tərlan Quliyev
2. İlkin Qırtımov (C)
7. Rəhman Hacıyev
4. Şəhriyar Əliyev
99. Rafael Məhərrəmli
19. Fəhmin Muradbəyli
11. Sadio Tounkara
77. Merab Qiqauri
6. Franko Flores
13. Pərviz Azadov

"Keşlə"nin ehtiyat oyunçuları:

27. Əkpər Vəliyev (GK)
8. Tural Axundov
5. Kərim Diniyev
29. Amil Yunanov
22. Elçin Mustafayev
14. Turan Vəlizadə
50. Samir Abdullayev
70. Bahadur Həziyev
95. Rəhman Daşdəmirov
74. Kamal Kazımov
75. Vüsal Qənbərov
54. Rəşad Həsənov


"Keşlə"nin baş məşqçisi: Sənan Qurbanov

Bu görüşdən sonra "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək. Dövrlər arası fasilədə yeni mövsüm üçün iddialı transferləri ilə yadda qalan "Neftçi" gücünü bu oyunda göstərməyə cəhd göstərəcək. İlk dövrənin sonlarına iddialarını artıran "Sabah"da Azərbaycan Kubokunda da iddialarını davam etdirmək üçün bu oyundan sərfəli nəticə ilə ayrılmağı düşünür.

1/4 finalın digər görüşləri sabah keçiriləcək.

Günün ilk qarşılaşmasında "Zirə İdman Kompleksinin stadionu" "Zirə" I divizion təmsilçisi "Zaqatala"nı məğlub edən "Səbail"i qəbul edəcək. "Zirə" hədəfi doğma publika sərfərli nəticə ilə qələbə qazanmağı düşünür. Çempionatda işləri yaxşı getməyən "Səbail" isə Zirə kəndəndən sərfəli nəticə ilə dönüb Azərbaycan Kubokunda yolunu davam etmək istəyir.

1/4 finalın sonuncu qarşılaşmasında "Sumqayıt" Kapital Bank Arena"da "Qəbələ"ni qəbul edəcək. Premyer Liqada işləri yaxşı getməyən gənclik şəhər təmsilçisi "Sumqayıt" evdə sərfəli nəticə qazanmaq haqqında düşünür. Mövsümün ən diqqətçəkən komandalarından olan "Qəbələ" isə səfərdən əlverişli nəticə ilə dönüb Azərbaycan Kubokunda da iddialarını davam etdirmək istəyir.

Xatırladaq ki, Azərbaycan Kubokunun 1\8 finalına keçən ilin dekabrın 10 start verilib.

İlk öncə "Zaqatala Olimpa Kompleksinn Stadionu"nda "Zaqatala" -"Səbail"i qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-"Zaqatala"-"Səbail"-0:0. İkinci hissədə oyunun 48-ci dəqiqəsində Miirsayib Abbasobun qolu ilə "Səbail" hesabı açdı-"Zaqatala"-"Səbail"-0:1. Oyunun 57-ci dəqiqəsində Roini İsmaylov "Zaqatala"nın bərabərlik topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:1. Oyunun 67-ci dəqiqəsində Əfran İsmayılov penaltidən vurduğu qolla "Səbail"i yenidən hesabda irəli çıxartdı-"Zaqatala"-"Səbail"-1:2. Oyunun 90+2-ci dəqiqəsində Mirsayib Abbasov dubl edərək öznünü ikinci komandasının üçünücü topuna imza atdı-"Zaqatala"-"Səbail"-1:3. Bu oyunda vurulan son qol oldu və "Səbail" adını 1/4 finalın iştirakçıları sırasına yazdırdı. Bu mərhələdə "dənizçilər"in rəqibi "mavi qartallar" "Zirə" olacaq.

Günün ikinci qarşılaşmasında "MOİK" "Dalğa Arena"da "Qəbələ"ni qəbul edib. Görüşdə hesab oyunun 34-cü dəqiqəsində İlham Allahverdiyevin qolu ilə açılıb-"MOİK"-"Qəbələ"-1:0. İlk hissə hərbçilərin 1:0 üstünlüyü ilə başa çatdı. Oyunun 55-ci dəqiqəsində Rövlan Muradov Qəbələnin bərabərlik topuna imza atdı-"MOİK-"Qəbələ"-1:1. Oyunun 75-ci dəqiqəsində Elşən Veysov qırmızı vərəqə alaraq "MOİK"i azlıqda qoyub-"MOİK"-"Qəbələ"-1:1. "Qəbələ" sayüstünlüyündən yararlana bilib. Oyunun 88-ci dəqiqəsində Ülvi İsgəndərov "Qəbələ"nin ikinci topuna imza ataraq hesabı 1:2 edib. Bundan sonra oyunda başqa qol olmayıb və 1:2 qələbə qazanan "Qəbələ" adənı 1/4 finala yazdırıb. Bu mərhələdə "Qəbələ"nin rəqibi gənclik şəhər təmsilçisi "Sumqayıt" olacaq.

Dekabrın 11-də isə iki qarşılaşma baş tutumuşdu.

İlk öncə "Keşlə" "ASK Arena"da "Qaradağ Lökbatan"ı qəbul edib. Görüşdə hesab oyunun 7-ci dəqiqəsində Elnur Səmədovun qolu ilə açılıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:0. Oyunun 32-ci dəqiqəsində Samir Abdullayev "Keşlə"nin bərabərlik topuna imza atın-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. İlk hissə tərəflərin hərəyə bir dəfə fərqlənməsi ilə başa çatıb-"Keşlə"-"Qaradağ Lökbatan"-1:1. Oyunun 58-ci dəqiqəsində Rəhman Hacıyev "Keşlə"nin ikinci topuna imza ataraq "Keşlə"ni hesabda irəli çıxartdı-"Keşlə"-"Qaradağ Lökbatan"-2:1. Bundan sonra oyunda heç bir qol olmadı və "Keşlə" adını 1/4 final mərhələsinin iştirakçıları sırasına yazdırdı. Bu mərhələ də "Keşlə"nin rəqibi "Qarabağ" olacaq.

Günün ikinci qarşılaşmasında "Bank Respublika Arena"da "Sabah" qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-"Sabah"-"Kəpəz"-0:0. Oyunun 57-ci dəqiqəsində Coy-Lens Mikles hesabı açıb-"Sabah"-"Kəpəz"-1:0. Oyunun 61-ci dəqiqəsində Coy-Lens Mikles dubla imza ataraq öznünü və komandasının ikinci topuna imza atdı-"Sabah"-"Kəpəz"-2:0. Oyunun 90+2-ci dəqiqəsində isə Coy-Lens Miklesi əvəz edən Kamran Quliyev "Sabah"ın üçüncü topuna imza atdı-"Sabah"-"Kəpəz"-3:0. Bundan sonra oyunda qol olmadı və "Sabah" adını 1/4 final iştirakçılarının sırasına yazdırdı. Bu mərhələdə "Sabah"ın rəqəbi son çempion, Flaqman "Neftçi" olacaq.