"Zirə" "Keşlə"ni qəbul edir-START HEYƏTLƏR

29-04-2021, 18:50
256


Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsində cavab görüşlərinə start verilib.

Günün ikinci görüşündə isə "Zirə" öz evində, "Zirə İdman Kompleksinn Stadionu"n "Keşlə"ni qəbul edəcək. Bürünc medal uğrunda işlərini çətinə salan "mavi qartallar" səfərdə məğlub etdikləri "Keşlə"yə evdə də qalib gələrək növbəti mərhələyə çıxmağı düşünür. Sonuncu tur sonucu pillədən yaxasını qurtaran "Keşlə" isə Zirə möcüzə və ümid dalıyca gəlib. Bu komandaların ilk oyununda "Zirə" səfərdə 1:2 hesablı qələbəyə sevinib. Hakim Elçin Məsiyevin idarə edəcəyi qarşılşama üçün artıq komandaların start heyətləri bizlərə məlumdur:

"Zirə"nin start heyəti:


1. Mateus Albino (GK)
8. İlkin Muradov
4. Elvin Camalov
10. Ağabala Ramazanov (C)
2. Sərtan Taşkın
32. Qismət Alıyev
44. Dmitrios Çantakias
26. Nemanya Andelkoviç
17. Rodriqo Bonqonqui
21. Hacıağa Hacılı
29. Musa Qurbanlı

"Zirə"nin ehtiyat oyunçuları:


22. Rəşad Əzizli (GK)
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
9. Davit Volkov
11. Klesio Bauk
12. Lazar Corceviç
14. Fakundo Melivilo
7. Tural Bayramlı
20. Əli Şirinov
77. Cəlal Hüseynov

"Zirə"nin baş məşqçisi: Rəşad Sadıqov

"Keşlə"nin start heyəti:


1. Stanislav Namaşko (GK)
3. Tərlan Quliyev (C)
19. Azər Salahlı
17. Vüsal İsgəndərli
7. Rəhman Hacıyev
8. Tural Axundov
4. Şəhriyar Əliyev
23. Nicat Qurbanov
10. Sezar Meza Kolli
91. Sadio Tonkara
14. Turan Vəlizadə

"Keşlə"nin ehtiyat oyunçuları:


85. Kamal Bayramov (GK)
18. Ruslan Əmircanov
2. İlkin Qırtımov
20. Rail Məlikov
21. Miyusko Boyoviç
11. Silvio Rodriqes
9. Anatole Abanq
22. Elçin Mustafayev
71. Emin Quliyev
79. Bahadur Həziyev
44. Sərcan Omarov
65. Mehdi Tahirov

"Keşlə"nin baş məşqçisi: Sənan Qurbanov


Hal-hazırda "Tofiq Bəhramova adına Respublika Stadionu"nda "Qarabağ" "Sumqayıt"ı qəbul edir. Oyunun əsas vaxtına əlavə edilən dəqiqələr gedir və hesab açılmayıb-"Qarabağ"-"Sumqayıt"-0:0


Xatırladaq ki, Azərbaycan Kubokunun oyunları 1/8 final mərhələsindən start götürüb. Bu mərhələdə kollektivlər sadəcə bir dəfə üz-üzə gəlib. 1/8 finalın görüşləri yanvarın 25-də başlayıb. Həmin gün bir qarşılaşma baş tutub.

İlk öncə "Səbil" "ASCO Arena"da I divizion təmsilçisi "Zaqatala"nı qəbul edib. Görüş hər kəsin proqnozlaşdırdığı kimi "Səbail" üçün rahat keçməyib. Oyunda hesab 26-cı dəqiqədə açılıb. Amil Yunanov meydan sahiblərini hesabda irəli çıxarıb- "Səbail"-"Zaqatala"-1:0. Ancaq bundan sonra dənizçilər üçün kabusa bərabər dəqiqələr başlayıb. Oyunun 31-ci dəqiqəsində "Səbail"in heyətindən Roni İsmayılov hesabı bərbərləşdirib- "Səbail"-"Zaqatala"-1:1. Oyunun 41-ci dəqiqəsində qonaqlar meydan sahiblərini "soyuq duşa" qonaq edəcək ikinci qola imza atıblar. Roni İsmaylov dubl edərək özünün və komandasının ikinci topuna imza atdıb- "Səbail"-"Zaqatala"-1:2. İlk hissə "Zaqatala"nın üstünlüyü ilə bitib. Ancaq ikinci hissədə çətində olsa "Səbail" oyunda dönüş yarada bilib. Əvvəlcə 62-ci dəqiqədə Adil Nağıyev hesabı bərabərləşdirib- "Səbail"-"Zaqatala"-2:2. Oyunun 84-cü dəqiqəsində "Səbail"in heyətində Əfran İsmayılov oyunda son nöktəni qoyub. Beləliklə "Səbail" çətinliklədə olsa 3:2 hesabı ilə qələbə qazanaraq finala vəsiqə qazanıb.

Yanvarın 26-da isə üç görüş baş tutub.

"Tovuz şəhər stadionu"da əfsanəvi "Turan Tovuz" "Qəbələ"ni qəbul edib. Oyunda hesab oyunu 32-ci dəqiqəsində açılıb. Stefan Vukçeviç meydan sahiblərini meydanın mərkəzinə dəvət edib-"Turan Tovuz"-"Qəbələ"-0:1. İkinci hissədnin əsas vaxtına əlavə edilən birinci dəqiqədə Ceyms Adeniyi hesab arasında fərqi artırıb-"Turan Tovuz"-"Qəbələ"-0:2. İlk hissə "Qəbələ"nin 0:2 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissdə oyunda fərqlənən tərəf olmayıb və qarşılaşma "Qəbələ"nin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Paralel olaraq "Dalğa Arena"da "Qaradağ Lökbatan" "Zirə"ni qəbul edib. Premyer Liqa təmsilçisi cütün qalibinə ilk hissədə aydınlıq gətirib. Oyunda hesab 12-ci dəqiqədə Nemanya Andelkoviçin qolu ilə açılıb- "Qaradağ Lökbatan"-"Zirə"-0:1. 27-ci dəqiqədə Davit Volkov hesabı artırıb- "Qaradağ Lökbatan"-"Zirə"-0:2. 30-cu dəqiqədə Musa Qurbanlı üçüncü dəfə I divizion təmsilçisini məyus edib-"Qaradağ Lökbatan"-"Zirə"-0:3. Oyunun ilk hissəsinə əlavə edilmiş 2-ci dəqiqədə David Volkov dubl edərək özünün ikinci komandasının dördüncü topuna imza atıb-"Qaradağ Lökbatan"-"Zirə"-0:4. Bu həm ilk hissənin həmdə bütün oyunun nəticəsi olub. İkinci hissədə heç bir qol olmadığı üçün 0:4 hesablı qələbə ilə "Zirə" adını 1/4 finalın iştirakçılarının sırasına yazdırmağa nail olub.

1/8 finalın sonuncu qarşılaşması isə əsil sensasiya ilə yadda qalıb. Burada Premyer Liqanını sonuncusu olsada Premyer Liqa təmsilçisi "Sabah" "Bank" Respublika Arena"da qədim Gəncəni I divizonda təmsil edən "Kəpəz"i qəbul edib. Görüşdə hesab oyunun əsas vaxtına əlavə edilmiş 1-ci dəqiqədə açılıb. Filip İvanoviç qolun müəllifi olub- "Sabah"-"Kəpəz"-1:0. Bu həmdə ilk hissənin hesabı olub. İkinci hissənin Samir Qurbanov hesabı bərabərləşdirib- "Sabah"-"Kəpəz"-1:1. 85-ci dəqiqədə isə Əli Səmoduvun qolu həm "Sabah"ı həm bütün futbol ictimaətini şoka salıb- "Sabah"-"Kəpə"-1:2. Qalan vaxt ərzində meydan sahibləri heç nə edə bilməyib və nəticədə I dəstə təmsilçisi "Kəpəz" adını 1/4 finalın iştirakçılarının siyahısına salıb.

Fevralın biri ikisi yarımfinalçıları müəyyənləşdirmək üçün ilk qarşılaşmalar baş tutub.

İlk öncə "Səbail" Sumqayıt səfərindən üzü ağ dönməyə nail olub. "Kapital Bank Arena"da keçirilən görüşdə hesab 12-ci dəqiqədə açılıb. Amil Yunanov 12-ci dəqiqədə meydan sahiblərin meydanın mərkəzinə dəvət edib- "Sumqayıt"-"Səbail"-0:1. İkinci hissədə tərəflərdən heç biri fərqlənə bilmyəib və görüş "Səbail"in 0:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab görüşü fevralın altısı keçiriləcək.

Günün son matçında isə "Tofiq Bəhramov adına Respublika Stadionu"nda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Artıq oyunun 33-cü dəqiqədə "Qarabağ" hesabda önə keçə bilərdi. Lakin oyunun 33-cü dəqiqəsində "Qəbələ"nin qapsına təyin olunan penaltini Uroş Matiç qola çevirə bilməyib. İlk hissə tərəflərin fərqlənməməsi ilə əlaqədar olaraq başladığı hesabla bitib- "Qarabağ"-"Qəbələ"-0:0. Görüşdə bütün qollar ikinci hissədə vurulub. Oyunun 55-ci dəqiqəsində "Qarabağ" Kvabena Ovusu qolu ilə hesabı açıb- "Qarabağ"-"Qəbələ"-1:0. Oyunun 73-ci dəqiqəsində Mahir Emreli komandasının ikinci qoluna imza atıb- "Qarabağ"-"Qəbələ"-2:0. İki dəqiqə sonra oyunun 75-ci dəqiqəsində Mahir Emreli dubl edərək özünün ikinci komandasınn üçüncü qoluna imza atıb-"Qarabağ"-"Qəbələ"-3:0. Oyunun 88-ci dəqiqəsində Ceyms Adeniyinin qolu ilə qollardan birinin əvəzini çıxıb- "Qarabağ"-"Qəbələ"-3:1. Bu qol "Qəbələ" üçün təsəllidən başqa bir şey olmayıb. Beləliklə "Qarabağ" elə ilk oyunda evdə sərfəli nəticə ilə yadda qalıb. Komandalar arasında cavab görüşü fevralın altısı keçiriləcək.

Daha iki qarşılaşma isə fevralın 2-də keçirilib.

İlk öncə "Keşlə" Azərbaycan Kubokunda mübarizə aparan yeganə I divizion təmsilçisi qədim Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib. Görüşdə hesab 42-ci dəqiqədə açılıb. "Kəpəz"in qapsına təyin olunan penaltini Sezar Mezza Koli qola çevriə bilib. Bu həm də ilk hissənin hesabı olub. İkinci tərəflər fərqlənə bilməyib və görüş 1:0 "Keşlə"nin xeryinə başa çatıb. Qeyd edək ki, bu cütün qalibinin adına fevralın yeddisində Gəncədə aydınlıq gələcək.

Günün və 1/4 final mərhələsinin ilk qarşılaşmalarının sonuncusunda "Neftçi" "Bakcell Arena"da "Zirə"ni qəbul edib. Oyunda hesab 26-cı dəqiqədə açılıb. Oyunun 26-cı dəqiqəsində İlkin Muradov meydan sahiblərini meydanın mərkəzinə dəvət edib- "Neftçi"-"Zirə"-0:1. Bu həm də ilk hissəsnin nəticəsi olub. İkinci hissədə futbolumuzun flaqmanı nə qədər əlləşsədə hesab arasında fərqi dəyişməyə nail olmadı. Beləliklə matç 0:1 "Zirə"nin qələbəsi ilə başa çatdı. Bununlada "Zirə" ev matçına bir qədər rahat "Neftçi" isə qəliz vəziyyətdə səfər matçına çıxacaq. Tərəflər cütün qalibinin adına fevralın yeddisində aydınlıq gətirəcək.


Fevralın altısı, yeddisi isə 1/4 finalın cavab görüşləri keçirilib. İlk iki görüş Fevralın 6-da keçirilib.


İlk öncə "Qəbələ" "Qəbələ Şəhər Stadionu"nda "Qarabağ"ı qəbul edib. İlk oyunda 3:1 məğlubiyyətə dücar olan "Qəbələ" bu oyuna cuzi ümidlərlə çıxmışdı. Ancaq elə oyunun 6-cı dəqiqəsində Maksim Medvedev qonaqları hesabda önə çıxardı- "Qəbələ"-"Qarabağ"-0:1(1:4). İlk hissəyə əlavə edilən dəqiqlərdə isə "Qəbələ"nin qapsına müzakirə olunası penalti təyin olundu. Oyunun 45+4 dəqiqəsində topa yaxınlaşan Patrik Andrade ikinci dəfə "Qəbələ"ni məyus etdi-"Qəbələ"-"Qarabağ"-0:2(1:5). İlk hissə "Qarabağ"ın 0:2(1:5) hesablı üstünülüyü ilə başa çatdı. İkinci hissənin əvvəlində oyunun 48-ci dəqiqəsində Patrik Andrade dubl edərək özünün ikinci komandasının üçüncü topunu vuraraq oyunu bir az da maraqsız, mübarizəni mənasız etdi- "Qəbələ"-"Qarabağ"-0:3(1:6). Bundan sonra tərəflərin heç biri fərqlənə bilmədi və oyun 0:3 hesabı ilə "Qarabağ"ın xeyrinə başa çatdı. Beləliklə "Qarabağ" iki görüşün nəticəsinə görə 1:6 hesabı ilə üstün olaraq adını yarımfinala yazıdırmağa nail olub.

Günün ikinci qarşılaşmasında isə "Səbail" "ASCO Arena"da gənclik şəhər təmsilçisi "Sumqayıt"ı qəbul edib. Səfərdə qazanılan qələbədən sonra "dənizçilər"ə ümüd böyük idi. Ancaq görüşdə hesabı "Sumqayıt" açdı. Oyunun 20-ci dəqiqəsində Rəhim Sadıxov penaltidən yararlandı- "Səbail"-"Sumqayıt"-0:1(1:1). Üç dəqiqə sonra 23-cü dəqiqədə Əli Qurbani ikinci dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət etdi- "Səbail"-"Sumqayıt"-0:2(1:2). İlk hissə gənclik şəhər təmsilçisinin qolları ilə yekunlaşdı. İkinci hissədə "Səbail" ona lazım olan qollardan birini 90+6-cı dəqiqədə vurdu. Bu zaman Əfran İsmayılov penaltidən yararlansa da "Səbail"in bundan artığına gücü çatmadı. Oyun 1:2 "Sumqayıt"ın xeyrinə başa çatdı. Komandalar arasındakı ümumi hesab bərabər olasada "Sumqayıt" səfərdə vurduğu iki qolun sayəsində yarımfinala adlamağı bacardı.

Fevralın yeddisində isə

İlk öncə "Kəpəz" "Gəncə Şəhər Stadionu"nda "Keşlə"ni qəbul edib. Gəncləlilərin "Sabah"la oyundakı mövücəsini təkrarlayacağını çoxu düşünsədə bu baş verməyib. Oyunun ilk hissəsi başladığı hesabla bitib- "Kəpəz"-"Keşlə"-0:0(0:1). İkinci hissədə isə 58-ci dəqiqədə Rəhman Hacıyev vurduğu qolla meydan sahiblərinin ümüdlərini bir azda kor edib-"Kəpəz"-"Keşlə"-0:1(0:1). Oyunun 90-cı dəqiqəsində isə "Keşlə"nin heyətindən Anotele Abanq oyunda son nöktəni qoyub-"Kəpəz"-"Keşlə"-0:2. Bundan sonra matçda qol olmayıb və bu oyunda 0:2, ümumi hesabda isə 0:3 qalib olan "Keşlə" adını yarımfinalçıların siyahısına yazdırıb.

Sonuncu yarımfinalçınını adına isə Zirə kəndində aydınlıq gəlib. "Zirə" "Zirə İdman Kompleksinin Stadionu"nda "Neftçi"ni qəbul edib. "Mavi qartallar" səfərdə qazandıqları qələbəyə görə oyunu daha çox müdafiədə keçirdi. Görüşün ilk hissəsi "Zirə"nin arzuladığı kimi bitdi- "Zirə"-"Neftçi"-0:0(1:0). İkinci hissədə "Zirə" müdafiəsi yarılmaz oldu və görüş başladığı hesablada bitdi-"Zirə"-"Neftçi"-0:0(1:0). Bu hesab səfərdə qazandığı minimal hesaba görə "Zirə"yə sərf elədi.

Aprelin 21-də isə Azərbaycan Kubokunun ilk qarşılaşmaları baş tutub.

İlk öncə "Keşlə" "ASK Arena"da "Zirə"ni qəbul edib. Oyunda hesabı 45+2 dəqiqədə Sadio Tounkara açıb- "Keşlə"-"Zirə"-1:0. İlk hissə "Keşlə"nin üstünlüyü ilə bitib. İkinci hissə "Zirə" üçün uğurlu başladı. Əvvəlcə "Zirə" Rodriqo Bonqonqui qolu ilə hesabı bərabərləşdirdi-"Keşlə"-Zirə"-1:1. Daha sonra isə Nemanya Andelkoviç ikinci dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət edib. Bundan sonra oyunda qol olmayıb və gərgin keçən görüşdən "Zirə" cavab qarşılaşması ərəfəsində səfərdən sərfəli nəticə ilə dönüb.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi "Sumqayıt" "Kapital Bank Arena"da "Qarabağ"ı qəbul edib. Görüşün ilk hissəsidə tərəflərdən heç biri fərqlənə bilməyib- "Sumqayıt"-"Qarabağ"-0:0. İkinci hissədə oyunda qol olmayıb və görüş başladığı hesabla bitib- "Sumqayıt"-"Qarabağ"-0:0. Çütün taleyi növbəti oyuna qalıb.