UEFA-dan ”Qalatasaray”a pis xəbər

19-01-2016, 11:35
264

UEFA-dan ”Qalatasaray”a pis xəbərUEFA ”Qalatasaray” klubunu Avropa kuboklarında iştirakdan uzaqlaşdıra bilər.

Buna səbəb İstanbul klubunun maliyyə fair-play qaydalarını yerinə yetirə bilməməsidir.

”Qalatasaray” yaxin günlərdə maliyyə böhranini aradan qaldıra bilməsə ciddi cəzalarla üzləşə bilər. Bu barədə UEFA-nın Türkiyə Futbol Federasiyasına göndərdiyi məktubda qeyd olunur.

"Qalatasaray” klubu maddi durumunda irəliləyiş olmayacağı təqdirdə Çempionlar Liqası və Avropa Liqasından məhrum ola bilər.


Həmçinin yeni oyunçular cəlb etmək qadağan oluna və ya cərimə tətbiq edilə bilər. Bu təhlükə Türkiyənin "Bursaspor”, "Kasımpaşa” və "Qaziantepspor” klublarını da gözləyir. Avropa Futbol Assosiasiyaları İttifaqı fevral ayının sonunda «Qalatasaray» la bağlı qərarını açıqlayacaq.

Bir müddət əvvəl FİFA İspaniyanın iki nəhəng klubuna transfer qadağası qoyub.

Qurumun rəsmi saytında gedən məlumata görə,"Barselona"nın ardınca Madridin "Real" və "Atletiko" klublarına da sanksiya tətbiq edilib. Buna səbəb klubların 18 yaşına çatmayan futbolçuların transferi zamanı qanun pozuntusuna yol vermələsi olub.

Cəza iki transfer pəncərəsinə aiddir. "Real"la"Atletiko"yayda və gələn qışda yeni futbolçu ala bilməyəcəklər. Bundan başqa "Atletiko" 900, "Real" isə 360 min İsveçrə frankı məbləğində cərimə edilib.

   //ANS Press