Əliyar Ağayev: Penalti və biri qırmızı 7 vərəqə

25-11-2016, 15:35
287

Əliyar Ağayev: Penalti və biri qırmızı 7 vərəqəAzərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasında növbəti matçını idarə edib.

Təmsilçimiz İ qrupunda mübarizə aparan "Şalke" ilə "Nitsa"nın görüşündə əsas söz sahibi olub.

Qarşılaşma almanların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Gərgin mübarizə şəraitində keçən oyunda Ağayev futbolçulara 7 vərəqə göstərib ki, bunlardan 6-sı sarı, biri isə qırmızı olub.
 
O, həmçinin qonaqları penalti ilə cəzalandırıb ki, 80-ci dəqiqədə Aoqo zərbəni dəqiq yerinə yetirib.
 
Qeyd edək ki, bu matçda Əliyar Ağayevə yan xətdə Zeynal Zeynalovla Rza Məmmədov kömək ediblər. Qapı arxası hakimlər funksiyasını isə Orxan Məmmədovla Rəhim Həsənov yerinə yetiriblər. Ehtiyat hakim kimi Mübariz Haşımov iş başında olub.

  //apasport.az