Əliyar Ağayev Avroliqanın III təsnifat mərhələsində

22-07-2016, 17:09
220

Əliyar Ağayev Avroliqanın III təsnifat mərhələsindəAzərbaycan hakimi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

O, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 4-də, Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda keçiriləcək "Krasnodar" - "Birkirkara" (Malta) oyununun baş hakimi  olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiysını Rauf Cabbarov yerinə yetirəcək.

   //Qol.az