İngiltərə çempionu Slimanini istəyir

11-05-2016, 11:21
216

İngiltərə çempionu Slimanini istəyirİslam Slimani İngiltərə çempionu "Leicester City"nin maraq dairəsinə düşüb.

İngilislər 27 yaşlı forvardın transferi üçün qarşı tərəfə 25 milyon funt ödəməyə hazırdır. "Leicester"də Əlcəzair millisinin üzvü Riyad Mahrezin çıxış etməsi Slimaninin transferinə şərait yarada bilər. O, 2013-cü ildən "Sporting"in şərəfini qoruyur. "Tülkülər", həmçinin  B Seriyasının bombardiri Canluka Lapadula ilə maraqlanır.

   //goal.az