İngiltərə millisinin məşqçilər korpusuna məşhur simalar gəlir?

9-12-2016, 12:19
208

İngiltərə millisinin məşqçilər korpusuna məşhur simalar gəlir?İngiltərə millisinin məşqçilət korpusuna 3 məşhur sima daxil edilə bilər. Stiven Cerrard, Frenk Lempard və Con Terrinin baş məşqçi Qaret Sautqeytə kömək etməsi mümkündür. Bu barədə "The Sun" nəşri məlumat yayıb. İngiltərə Futbol Assosasiyasının, hətta məşçilik lisenziyası almaqda adları çəkilən futbolçulara köməklik etməyə çalışdığı deyilir. UEFA güzəşt etsə, lisenziya 18 aya verilə bilər.

Qeyd edək ki, Cerrard karyerasını artıq bitirib. Frenk Lampard dekabrın sonunda "New York City" ilə yollarını ayıracaq. Con Terrinin "Chelsea" ilə müqaviləsi yayda başa çatacaq.

   //Goal.az