"Qalatasaray" - "Fənərbaxça" derbisi aprelin 13-də baş tutacaq

28-03-2016, 23:33
289

"Qalatasaray" - "Fənərbaxça" derbisi aprelin 13-də baş tutacaqTürkiyənin hegemon klublarının üz-üzə gələcəyi tarix məlum olub. "Qalatasaray" - "Fənərbaxça" derbisinin yeni tarixi bəlli olub. İstanbul derbisi aprel ayında olacaq.

Oyun aprelin 13-də baş tutacaq. Terror təhlükəsi ilə əlaqədər 26 martda İstanbulda "Qalatasaray" - "Fənərbaxça" oyunu təxirə salınıb. Əvvəlcə matçın tamaşaçısız keçirilməsinə qərar verilib, daha sonra oyun ümumiyyətlə  təxirə salınıb. "Qalatasaray”ın tərəfdarları qərara etiraz edərək "rəhbərlik istefa versin" sözlərini qışqırıblar.

Sonuncu dəfə "Qalatasaray" ilə "Fənərbaxça" 2015-ci il 0ktyabrın 25-də qarşılaşıblar. "Fənərbaxça”nın meydanında keçirilən qarşılaşmada qalib məlum olmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə bitib. Türkiyə çempionatının cari mövsümündə "Fənərbaxça" 25 oyundan sonra 2-ci pillədədir. "Qalatasaray" isə 25 oyundan sonra 39 xal ilə 5-ci pillədədir.

   //ANS Press