İstanbul derbisi dava ilə bitdi

26-10-2015, 13:37
262

İstanbul derbisi dava ilə bitdi Türkiyə Super Liqasının 9-cu turu çərçivəsində "Fənərbaxça" klubu öz meydanında "Qalatasaray"ı qəbul edib.

Oyun "Şükrü Saracoğlu" stadionunda baş tutub.

Oyuna gəlincə, hesab matçın 37-ci dəqiqəsində açılıb. Belə ki, ev sahiblərinin heyətində Diyeqo fərqlənib. "Qalatasaray"ın cavabı isə oyunun əsas vaxtının bitməsinə 6 dəqiqə qalmış gəlib. 84-cü dəqiqədə Olcan Adın Sneyderin qapı önünə asmasından sonra sözün əsl mənasında baş işlədib.


Oyundan sonra isə xoşagəlməz hadisə baş verib. Belə ki, hakimin oyunun bitmə fitindən sonra stadionun tribunalarında bir neçə azarkeş arasında dava baş tutub və meydana kənar əşyalar atılıb. Bundan sonra müdaxilə üçün çevik qüvvələr də tribunaya gəliblər. Yaşanan hadisədən sonra "Fənərbaxça" klubunun fanatlarından birinin nəzarət altına alındığı deyilir.

   //ANS Press