Terrorun təxirə saldığı türk oyununun gələcəyi

25-03-2016, 15:24
161

Terrorun təxirə saldığı türk oyununun gələcəyiTerror təhlükəsi səbəbindən təxirə salınan "Qalatasaray" - "Fənərbaxça" matçının keçiriləcəyi tarixlə bağlı qərar martın 28-də veriləcək.

Bu barədə Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Servet Yıldırım açıqlama verib.


"TFF-nin İdarə Heyəti bu məsələni bazar ertəsi müzakirə edəcək. Həmin toplantıda derbinin tarixi müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlama veriləcək" deyə Servet Yıldırım bildirib.

Qeyd edək ki, "Qalatasaray" rəhbərliyi matçın aprelin 28-də keçirilməsini istəyir. "Fənərbaxça" prezidenti Aziz Yıldırım isə oyunun mayın 8-də baş tutacaq "Qalatasaray" - "Beşiktaş" görüşündən sonraya salınmasına tərəfdardı.

   //ANS Press