"Qarabağ" - "Neftçi" qarşılaşması `Azərsun-Arena`da

25-09-2015, 23:52
788

"Qarabağ" - "Neftçi" qarşılaşması `Azərsun-Arena`da
`Qarabağ` Sentyabrın  26-sında premyerliqanın VI turu çərçivəsində `Neftçi`ylə qarşılaşacaq. `Qarabağ` Futbol Klubu üçün beynəlxalq standardlara cavab verən stadion-bazanın inşası demək olar ki, tamamlanmışdır. `Azərsun-Arena` adlanacaq yeni stadionun tezliklə istifadəyə veriləcəkdir.

Məlum olduğu kimi, baza və stadionun inşası iri həcmli layihə olduğu üçün hansısa çatışmazlıqların olması labüddür. Məhz bu məqsədlə `Qarabağ` FK üçün inşa edilmiş `Azərsun-Arena`nın rəsmi açılışdan öncə baza-stadionda olan çatışmazlıqlar öyrənilməsi, mümkün təkmilləşdirmə yönündə alternativləri öyrənmək üçün `Qarabağ` - `Neftçi` qarşılaşması Sentyabrın 26-da məhz adıçəkilən stadionda keçiriləcəkdir. Qarşılaşmanın rəsmi açılışdan öncə bir növ sınaq xarakteri daşıdığını ifadə edir və hər kəsi Sentyabrın 26-sı Suraxınıya, yeni inşa edilmiş stadiona, `Azərsun – Arena`ya  ilk matça dəvət edirik.

Qarşılaşma 19:00-da start götürəcəkdir.

   //Qarabag fk