"Xəzər Lənkəran" "Neftçi"yə qarşı

22-11-2015, 11:24
432

"Xəzər Lənkəran" "Neftçi"yə qarşıAzərbaycan Premyer Liqasında 13-cü turun oyunları davam edir

İkinci oyun günündə daha iki görüş keçiriləcək.

Günün ilk qarşılaşması Lənkəranda baş tutacaq. Burada "Xəzər Lənkəran" klubu "Neftçi"ni sınağa çəkəcək. Paytaxt Bakıda isə "Rəvan" öz meydanında "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Premyer Liqada 13-cü tura sabah keçiriləcək "İnter" - AZAL oyunu ilə yekun vurulacaq.

22 noyabr (bazar)

Azərbaycan Premyer Liqası, 13-cü tur

18:00."Xəzər Lənkəran" - "Neftçi"
Hakimlər: Əliyar Ağayev, Knyaz Əmiraslanov, Rza Məmmədov, Nail Nağıyev
"Xəzər Lənkəran" mərkəzi stadionu

20:00. "Rəvan" - "Zirə"
Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, İsgəndər Əliyev, İnqilab Məmmədov
"Bayıl Arena"

23 noyabr (bazar ertəsi)

17:00."İnter" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Mehman Mahmudov, Coşqun Həsənov, Munis Abdullayev
"İnter Arena"

21 noyabr (şənbə)

"Qarabağ" - "Kəpəz" - 3:0
Qollar: Çumbinyo, 36 (1:0), Dani Kintana, 84 (2:0), Riçard Almeyda, 86 (3:0)
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Kamran Bayramov, Ziya Nəsirov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

"Sumqayıt" - "Qəbələ" - 2:2
Qollar: Uğur Pamuk, 29 (1:0), Cəmil Hacıyev, 39-avtoqol (1:1), Ağabala Ramazanov, 69 (2:1), Samir Zərgərov, 71 (2:2)
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Elman Musayev, Namiq Hüseyno
"Kapital Bank Arena"

Turnir cədvəli
N Klublar O Q H M T-F X

1 Qarabağ 13 10 2 1 24-8 32
2 Qəbələ 13 6 5 2 21-9 23
3 Zirə 12 5 6 1 13-10 21
4 İnter 12 5 5 2 10-8 20
5 Kəpəz 13 5 4 4 15-14 19
6 Neftçi 12 3 4 5 13-15 13
7 Sumqayıt 13 2 6 5 13-17 12
8 Xəzər Lənkəran 12 3 3 6 10-16 12
9 AZAL 12 2 3 7 6-15 9
10 Rəvan 12 1 2 9 7-20 5

Bombardirlər:

Riçard Almeyda ("Qarabağ") - 6 qol
Ruslan Qurbanov ("Neftçi") - 5 qol
Aleksey Antonov ("Qəbələ") - 5 qol
Aleksey Qay ("Qəbələ") - 4 qol
Samuel Armenteros ("Qarabağ") - 4 qol
Junior Osvaldo ("Kəpəz") - 4 qol
Rahid Əmirquliyev ("Xəzər Lənkəran") - 4 qol

   //QOl.az