Paytaxt derbisi FIFA referisinə tapşırıldı

29-03-2016, 14:02
266

Paytaxt derbisi FIFA referisinə tapşırıldıBu həftə Azərbaycan Premyer Liqasında III dövrəyə yekun vurulacaq. Turun mərkəzi oyununda "İnter" "Neftçi"ni qəbul edəcək.

Azərbaycan Premyer Liqasının XXVII turunun bütün təyinatları açıqlanıb. Paytxat derbisi "İnter" - "Neftçi" qarşılaşması Əliyar Ağayevə tapşırılıb. Digər FIFA referisi Orxan Məmmədov "Qarabağ" - "Rəvan" oyununa təyin edilib. Üçüncü beynəlxalq dərəcəli hakimimiz Rəhim Həsənov bu turda təyinat almayıb.


"Kəpəz" - "Zirə" qarşılaşmasını Ömər Paşayev, AZAL - "Qəbələ" görüşünü İnqilab Məmmədov, "Sumqayıt" - "Xəzər Lənkəran" matçını isə Elvin Əsgərov idarə edəcək.

"İnter" - "Neftçi" arasında bu qarşılaşma çempionatda 46-cı oyun olacaq. İndiyədək baş tutan oyunlarda "Neftçi"nin üstünlüyü var. Belə ki, "ağ-qaralar" paytaxt derbilərində 19, "İnter" 12 qələbə qazanıb. 14 qarşılaşmada qalib müəyyənləşməyib. Top fərqində də "Neftçi" üstündü - 62:46. "Neftçi" 9 oyundu paytaxt derbisində qalib gələ bilmir. "Ağ-qaralar" bu rəqibi sonuncu dəfə 2013-cü idin 12 sentyabrında yenib - 3:1. Son 9 oyunun 6-da "İnter" qələbə qazanıb, 3-ü "sülh"lə bitib.

30 mart
15.00 Kəpəz - Zirə
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Gülağa Cabbarov.
Gəncə şəhər stadionu.
15.00 AZAL - Qəbələ
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
"AZAL Arena".
17.00 Sumqayıt - Xəzər Lənkəran
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Vüsal Əliyev.
"Kapital Bank Arena”.
17.30 Qarabağ - Rəvan
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"Azərsun Arena”.
18.00 İnter - Neftçi
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
"İnter Arena”.

   //ANS Press