"Qarabağ" "Neftçi"yə, "Zirə" AZAL-a qarşı

29-01-2017, 13:51
334

"Qarabağ" "Neftçi"yə, "Zirə" AZAL-a qarşıBu gün Topaz Premyer Liqada 15-ci tura yekun vurulacaq.

Nəzər Media.az-ın qol.az-a  istinadən məlumatına görə, hər iki oyun Bakıda keçiriləcək.

"Zirə" öz meydanında autsayder AZAL-ı qəbul edəcək. Qonaqlar sonuncu pillədən qurtulmaq üçün qələbə qazanmalıdır. "Zirə" isə qələbə sayəsində 5-ci pilləyə yüksələ bilər.

Turun mərkəzi oyununda isə lider "Qarabağ" əzəli rəqibi "Neftçi"ni qəbul edəcək. Qış fasiləsində demək olar ki, heyətini dəyişən "Neftçi"nin Ağdam klubuna qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.

29 yanvar

Topaz Premyer Liqası

XIX tur

15:00. "Zirə" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu

17:30. "Qarabağ" - "Neftçi"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena"  

28 yanvar

"İnter" - "Kəpəz"  - 4:1

"Qəbələ" - "Sumqayıt" - 1:1

N
Klublar O Q H M T-F X
1 Qəbələ 15 9 5 1 31-8 32
2 Qarabağ 14 10 2 2 26-6 32
3 İnter 15 7 7 1 25-13 28
4 Sumqayıt 15 4 6 5 14-19 18
5 Kəpəz 15 3 6 6 11-17 15
6 Zirə 14 4 3 7 11-15 15
7 Neftçi 14 3 0 11 9-30 9
8 AZAL 14 1 5 8 6-25 8
 

Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol


   //Nəzər Media.az