Sumqayıtda qardaş bacısını amansızlıqla öldürüb

12-10-2016, 14:20
352

Sumqayıtda qardaş bacısını amansızlıqla öldürübSumqayıt şəhərində qətl hadisəsi baş verib.

Sumqayıt Şəhər Prokurorluğundan  verilən məlumata görə, hadisə oktyabrın 11-də səhər saat 7 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb.

Həmin massivdə yaşayan 1992-ci il təvəllüdlü Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanı bıçaqla qətlə yetirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb. P.Şahbazovun tutularaq istintaqa təhvil verilməsi istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

   //Trend