Sumqayıt sakini özünü 14-cü mərtəbədən atdı

25-10-2016, 15:23
285

Sumqayıt sakini özünü 14-cü mərtəbədən atdıSumqayıtda intihar hadisəsi baş verib.

Bu barədə  Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 24-də axşam saatlarında şəhərin 45-ci məhəlləsində baş verib. Sumqayıt şəhərində yaşayan Əliyev Nurəddin Çingiz oğlu özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq intihar edib. N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

   //Trend