Şəki sakini sirkə turşusundan zəhərləndi

3-07-2016, 23:38
356

Şəki sakini sirkə turşusundan zəhərləndiŞəkidə 21 yaşlı qadın sirkə turşusundan zəhərlənib.

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, iyulun 3-ü saat 17 radələrində Şəki şəhər sakini, 1995-ci il təvəllüdlü Fidan Mübariz qızı İlyaszadə güclü zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Xəstəxanada F. İlyaszadəyə ilkin tibbi yardım göstərildikdən sonra o, vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.  Faktla bağlı araşdırma aparılır.

   //APA