Tovuz sakini pomidor turşusundan zəhərlənib

21-11-2016, 12:24
287

Tovuz sakini pomidor turşusundan zəhərlənibTovuzda zəhərlənmə olub.

Rayonun Yuxarı Öysüzlü  kənd sakini, 1973-cü il təvəllüdlü Xəqani Yusifov zəhərlənmə əlaməti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Zəhərlənməyə ev şəraitində hazırlanan pomidor turşusu səbəb olub.

   //APA