Bakıda qumarbaz öldürüldü

10-03-2016, 15:35
357

Bakıda qumarbaz öldürüldüBakıda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Prokurorluğundan  verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 
Qətlə yetirilən İ. Ağayev qumarbaz olub.

   //APA