Maştağada 28 yaşlı gənc qətlə yetirildi

11-11-2015, 17:45
389

Maştağada 28 yaşlı gənc qətlə yetirildiBakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Sabunçu rayon Polis idarəsindən  verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini, 1977-ci il təvəllüdlü Tofiq Şəkərov aralarında yaranan şəxsi mübahisə zəminində qəsəbə sakini, 1987-ci il təvəllüdlü İsmayıl Abduləliyevi bıçaqlayıb. Bıçaq xəsarətləri alan 28 yaşlı İsmayıl hadisə yerində dünyasını dəyişib.

Qətli törədən Tofiq Şəkərov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Maştağada sonuncu qətl oktyabr ayının 5-də qeydə alınıb. Maştağa qəsəbə sakini, 1970-ci il təvəllüdlü Hikmət Rəhimov aralarında yaranan şəxsi münasibətlər zəminində 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib. Daha sonra H.Rəhimov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək polisə təslim olub.

   //ANS Press