Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” başa çatdı

11-05-2024, 23:44
34

RUSİYADA TƏHSİL

AVROPADA TƏHSİL

ABŞ-da  TƏHSİL

KANADADA TƏHSİL

UKRAYNADA TƏHSİL

İNGİLİS, RUS VƏ ƏRƏB DİLİ

Telefon: +99450-339-01-64


Turnirin son günündə kişilər və qadınlar arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəş açma növündə final görüşləri keçirilib.

Qadınların yarışında qalib adı uğrunda mübarizədə İngiltərə və Çin atletləri üz-üzə gəlib. Böyük Britaniyanı təmsil edən Şona Makintoş son atışlarda dəqiqlik nümayiş etdirərək qızıl medala sahib olub. Çinli Siyu Xia gümüş, Almaniyadan olan Anna Yanssen bürünc medalın sevincini yaşayıb.

Bakıda ardıcıl ikinci il Dünya Kubokunun qalibi adını qazanan Şona Makintoş maraqlı açıqlamalarla diqqət çəkib:

“İki gün əvvəlki finalda dördüncü yeri tutmuşdum. Həmin vaxt atışlarım istədiyim kimi olmamışdı. Bu gün qalib adını qazansam da, doğrusu, performansım yenə də tam istədiyim kimi deyil. Daha yaxşısını edə biləcəyimə inanıram.

Finaldakı rəqibim çinli idi. Onları məğlub etmək çox çətindir, dəmir iradəyə sahibdirlər. Xüsusən xallar arasında fərq az olanda, iş bir az da çətinləşir. Öz gücümə inanaraq qələbənin öhdəsindən gəldim.

Saçlarımın göy rəngdə olmasına gəlincə, bu, mənim “uğur çubuğum”dur. 6-7 ildir saçlarım belədir. Bəzən göy rəngdən yaxa qurtarmaq istəsəm də, içimdən gələn səs məni dəyişiklik etməməyə çağırıb. Çünki bu saç forması mənə uğur gətirir”.

Eyni növdə kişilərin final yarışında qalib adını aşkar üstünlüyə malik olan Yukun Liu qazanıb. Çinli atlet mayın 9-da məhz bu Dünya Kubokunda müəyyənləşdirdiyi rekordu (467.3) təzələyərək 468.9 xalla qızıl medala sahib olub.

Avstriya təmsilçisi Aleksander Şmirl gümüş, çexiyalı Jiri Privratski bürünc medalla kifayətlənib.