Kişi öz həmkəndlisini öldürdü

5-10-2015, 12:16
403

Kişi öz həmkəndlisini öldürdü
Bakıda qətl baş verib. Hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Maştağa qəsəbə sakini, 1970-ci il təvəllüdlü Hikmət Rəhimov aralarında yaranan şəxsi münasibətlər zəminində 1976-cı il təvəllüdlü Elsevər Əliyevi bıçaqla qətlə yetirib. Daha sonra H.Rəhimov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək polisə təslim olub.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Maştağa qəsəbəsində ən son oxşar hadisə iyulun 10-da baş vermişdi. Qəsəbə sakini əvvəllər məhkum olunmuş Müseyib Həsənov münaqişə zəminində həmkəndlisi Şamil Kərimova bıçaqla xəsarət yetirib və hadisə yerindən qaçmışdı.

Nəticədə isə Ş.Kərimov hadisə yerində ölüb.

Hadisəni törədən şəxs Sabunçu rayonu 14-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

   //ANS Press