Son günlər böyük qalmaqallarla gündəmi zəbt edən Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirova cinayət işi açılıb.
Binəqədi rayon Polis İdarəsində açılan cinayət işində o, 2 nəfərə qarşı dələduzluqda ittiham olunur. Məlum olub ki, həmin cinayət işində İ.Quliyevanın həbs etdirdiyi köməkçisi Mehriban Hüseynovanın üzünə durmaqla gündəmə gələnO.Nadirovun dostu Vüqar Bəkirovun da adı keçir. Məlumata görə, bir müddətdir ki, davam edən istintaq prosesində hər iki şəxsin cinayəti artıq sübuta yetirilib.
Qeyd olunur ki, bir müddət əvvəl bu dostların Heydər Əliyev adına Hava Limanında saxlanılaraq polisə aparılması da həmin cinayət işiylə bağlı olub.
Araşdırma zamanı həmçinin məlum olub ki, hazırda həbsdə olan V.Bəkirova Xətai Rayon Polis İdarəsi tərəfindən də cinayət işi açılıb. O, bu cinayət işində də dələduzluqda ittiham edilir.
Qeyd edək ki, İlhamə Quliyevanın keçmiş köməkçisinin onun haqqında ifşaedici məktub yaymasından sonra V.Bəkirov Yasamal Rayon Məhkəməsinə gətirilib, barəsində həbs qətimkan tədbiri seçilib. O, cinayət məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) ittiham edilir.
//aznews.az
Bayramov Mirzoyanla Qazaxıstanda görüşəcək?
Almaniya təmsilçisinin futbolçusu gecə klubunda döyüldü
Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia
Bakı bu bəyannaməyə istinada həvəsli deyil
Sarımsağı bu qidalarla birlikdə yeməyin - TƏHLÜKƏLİDİR
Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır-FOTOLAR
"Xırdalan" pley-off 'a qələbə ilə başlayıb
AVARÇƏKMƏ ÜZRƏ “PREZİDENT KUBOKU-2024”ÜN PARADI KEÇİRİLİB
İstanbulda 4-cü Beynəlxalq Məktəb Müdirləri Konfransı keçiriləcək
Ermənistan parlamenti delimitasiya və demarkasiyaya etiraz edənlərin təkliflərini rədd etdi
ASAPES türk dövlətləri üçün yeni layihəsi ilə bir ilkə imza atır!
"Yaş ötdükcə dodaqlar nazikləşir”
“Nə atadan, nə qardaşdan qorxur”
Bu həftə 6 gün işləyəcəyik?
« May 2024 » | ||||||
---|---|---|---|---|---|---|
B.e. | Ç.a. | Ç | C.a. | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |