İş tapa bilməyən kişi özünü asdı

1-02-2016, 11:24
320

İş tapa bilməyən kişi özünü asdıBeyləqanda intihar baş verib. Rayonun Kəbirli kəndində 44 yaşlı kişi özünü asıb.

Kəbirli kənd sakini olan mərhumun qohumunun  verdiyi məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Əlixan Nuru oğlu İsmayılov yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asıb. Onun asılmış meyitini yeznəsi aşkar edib və ilkin yardım göstərmək istəyib. Lakin Əlixan İsmayılov artıq dünyasını dəyişmiş olub.

Mərhumun yaxınının bildirdiyinə görə, ali təhsilli olan 44 yaşlı kişi uzun müddətdirki iş tapa bilmədiyindən gileylənirmiş.

Faktla bağlı Beləqan rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Özünü öldürən kişinin iki övladı var.

Ölkədə sonuncu intihar hadisəsi yanvar ayının 26-da Ağcabədidə baş verib. Rayonun Səməd Vurğun küçəsində qeydə alınan hadisə zamanı 237 saylı evdə yaşayan rayon sakini Zeynal Namazov özünü asıb. 40 yaşlı Zeynal Namazov Səlim oğlunun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.

Qonşuların sözlərinə görə, Zeynal Namazov borcu olduğuna görə həyatına qəsd edib. Onun üç övladı vardı.


   //ANS Press