19 yaşlı qız özünü asdı

18-01-2016, 13:28
442

19 yaşlı qız özünü asdıGöyçayda intihar hadisəsi baş verib. 19 yaşlı qız özünü asıb.

Göyçay Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 130 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan şəhər sakini, 1997-ci il təvəllüdlü Aytac Kamil qızı Yusifli özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Onun asılmış meyitini ailəsi aşkarlayıb və dərhal polisə məlumat verilib. Ərazidə araşdırma aparan polis və prokurorluq əməkdaşları hadisənin başvermə səbəblərini araşdırırlar. 19 yaşlı qızın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Özünü öldürən Aytac Yusifli subay olub.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ölkə ərazisində sonuncu intihar 4 gün əvvəl Biləsuvar rayonunda qeydə alınıb. Rayonun Bağbanlar kəndində baş verən hadisədə kənd sakini 1984-cü il təvəllüdlü Firuz Rüstəm oğlu Sadıqov özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb. Asılmış meyiti onun ailə üzvləri aşkar ediblər.

Dünyasını dəyişən şəxsin iki azyaşlı övladı var və o, mal-qara ticarəti ilə məşğul olub.

  //ANS  Press