İranda daha bir tanınmış futbolçu koronavirusdan vəfat edib

3-02-2021, 21:52
119


İranın tanınmış futbolçusu Əli Ənsarian yeni növ koronavirus (COVID-19) infeksiyasından vəfat edib.

Nəzər Media.az APA-ya istinadən bildirir ki, Ə. Ənsarian İranda koronavirusdan vəfat edən ikinci tanınmış futbolçudur.

Qeyd edək ki, Əli Ənsarian uzun müddət Tehranın "Persepolis" klubunda çıxış edib. O, bir neçə gün öncə ağır vəziyyətdə Tehranda yerləşən klinikalardan birinə yerləşdirilib.

Xatırladaq ki, ötən həftə İranın futbol üzrə yığmasının sabiq üzvü Mehrdad Minavənd də COVID-19-dan vəfat edib.