Hamilə qadın internetdə verdiyi axtarışa görə əri tərəfindən bıçaqlandı - "Nəfsimi saxlaya bilmədim"

28-12-2019, 10:50
255


Hamilə həyat yoldaşını bıçaqlayan kişinin məhkəməsi keçirilib.

Türkiyənin Antalya şəhərində hamilə həyat yoldaşını ona xəyanət etdiyinə görə bıçaqlayan Murat Ç.-yə hökm oxunub.


Əvvəllər məhkumluq həyatı yaşayan Murat Ç. hamilə həyat yoldaşına onunla birlikdə yaşadığı evdə bıçaqla xəsarət yetirib.

O, ifadəsində bildirib ki, xanımının telefonunu yoxlayarkən onun polislə çəkilən səmimi şəkillərini görüb. Sonra da xanımının internetdə "uşağı necə düşürmək olar?" yazıb, axtardığını bilib.

Xanımı ilə dalaşan Murat həyat yoldaşının xəyanətlə bağlı "Nəfsimi qoruya bilmədim, səni aldatdım" etirafından sonra onu bıçaqlayıb.

Qadın sağ qalıb, uşaq zərər görməyib.

//milli.az