Hamilə arvadını vəhşicəsinə döyüb, təcavüz edib –BAKIDA

5-05-2016, 15:41
616

Hamilə arvadını vəhşicəsinə döyüb, təcavüz edib –BAKIDABakıda hamilə arvadını döyən və təcavüz edən kişinin məhkəməsi keçirilib.

Təqsirləndirilən şəxs Zabrat sakini olan Rüfət Mehdiyev məhkəmədə həyat yoldaşı Xırdalan sakini olan 27 yaşlı Aliyə Mansurovanı döymədiyini bildirib. O deyib ki, Aliyə Mansurova özü-özünə zərbələr endirib. Rüfət Mehdiyev məhkəmədə həyat yoldaşı və ailəsini təqsirləndirərək bunları deyib:

"Mən məscidə getdim. O zaman Aliyə evdə tək idi. Qayıdanda gördüm ki, onu döyüblər. Mən onu döyməmişəm, həyat yoldaşım özü-özünü döyüb”.

Amma sonradan Rüfət Mehdiyev Aliyə Mansurovanı döydüyünü etiraf edib. Növbəti məhkəmə prosesi mayın 13-də keçiriləcək.

Qeyd edək ki, Aliyə Mansurova 2015-ci ilin iyulunda həyat yoldaşı Rüfət Mehdiyev tərəfindən vəhşicəsinə döyülüb. O zaman Aliyə Mansurova hamilə olub.

//BiG.AZ