Məktəbli qız sinif yoldaşından hamilə qaldı, sonu faciə ilə bitdi

11-12-2018, 16:15
495


17 yaşlı qız məktəb yoldaşından hamilə qalıb.

ABŞ-ın İndiana ştatında, Mişavaka şəhərində yaşayan 16 yaşlı oğlan 17 yaşlı sevgilisinin qətlində ittiham olunur.

Məktəbin futbol komandasının üzvü olan Aaron Trejo adlı oğlan 17 yaşlı sevgilisi Breana Rouhselang-ı bıçaqladığını etiraf edib.

O bildirib ki, qız hamilə olduğunu ona demədiyinə görə onu qətlə yetirib. Qızı ürəyindən bıçaqlayan Aaron, həmçinin şərflə onu boğub.


Aaron daha sonra qızın cəsədini yaxınlıqdakı restoranın zibilliyinə atıb. O, qızın mobil telefonunu və əşyalarını çaya tullayıb.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

//Milli.az