Britaniya parlamenti "Brexit"ə hazırlaşır

27-11-2018, 21:28
158


Böyük Britaniya parlamentinin İcmalar Palatası Avropa İttifaqı (Aİ) ilə "Brexit" sazişi üzrə yekun səsverməni 11 dekabrda keçirəcək.

Bunu Birləşmiş Krallığın baş naziri Tereza Mey deyib.

"Mən səbrsizliklə palatanın referendumun nəticələrinin həyata keçirilməsini dəstəkləyib-dəstəkləməyəcəyini müəyyən etmək üçün toplaşacağı 11 dekabr tarixini səbrsizliklə gözləyirəm. Bu sövdələşmə təkcə xalqın iradəsini həyata keçirməyəcək, həm də bütün iş yerlərinə zəmanət verəcək", - deyə Mey bazar ertəsi parlamentdə çıxışı zamanı bildirib.

Bundan əvvəl Aİ-yə üzv ölkələrin hamısı "Brexit" sazişini təsdiq edib.

//Milli.az