Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verildi

14-03-2017, 11:25
207

Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verildiBritaniya parlamenti Tereza Meyə "Brexit" prosedurunu işə salmaq səlahiyyəti verib.


Məlumatda bildirilir ki, Böyük Britaniya parlamenti müvafiq qanun layihəsi qəbul edərək, ölkənin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı prosedurunu buraxmaq səlahiyyətini baş nazirə verib.
Hökumətin qanun layihəsi yenidən düzəlişlər edilməsi üçün parlamentin yuxarı palatasına daxil olmayıb. Beləliklə, aydan çox davam edən qanunvericilik prosesinə nöqtə qoyulub.
Qanun layihəsinin mətni Britaniya parlamentinin hər iki palatası tərəfindən təsdiqlənib və imzalanması kraliça II Yelizavetaya təqdim olunacaq.

  //Report