BP rekord məbləğdə cərimələndi

6-10-2015, 17:35
322

BP rekord məbləğdə cərimələndi
Böyük Britaniyanın neft şirkəti "British Petrolium”um (BP) 2010-cu ildə Meksika Körfəzində baş verən ekoloji fəlakətə görə ödəyəcəyi cərimə məlum oldu.
Şirkət 20 milyard 800 milyon dollar məbləğində cərimə ödəyəcək. Ödəmə barədə razılaşma ABŞ-ın Ədliyyə Nazirliyi ilə BP arasında əldə olunub.

Bu, ABŞ Ədliyyə Nazirliyinin tarixində bir şirkətə bir dəfəyə tətbiq etdiyi ən böyük cərimədir.

2010-cu ildə aprelin 20-də Meksika körfəzində "British Petrolium”un "Deepwater Horizon” platformasında baş verən partlayış və yanğın nəticəsində 1,5 kilometr dərinlikdə deşilən kəmərdən neft dənizə axıb.

Fəlakət nəticəsində platformada 11 fəhlə həyatını itirib, yüzlərlə canlı suda məhv olub. İyunun əvvəlində neft quruya, Luiziana sahillərinə çatıb. Deşilmiş neft kəmərindən hər gün 800 min litr yanacaq suya axıb. Vəziyyətin gərginləşdiyini görən Barak Obamada fəlakətin qarşısının alınmasına dair tədbirlərin görülməsini tapşırıb.

Hadisədən sonra BP –nin Rusiyada daxil olmaqla bəzi ölkələrdə biznesini satacağı bildirilirdi.

BP Meksika körfəzindəki qəzaya görə indiyədək cərimə, kompensasiya və neftlə çirklənmiş su hövzəsinin təmizlənməsinə 42 milyard dollar xərcləyib.

2007-ci ildə də şirkət analoji halla qarşılaşıb. Həmin vaxt zəhərlənən 100 işçi məhkəməyə müraciət etmişdir. Nəticədə şirkət rəhbərliyi zərərçəkənlərin hər birinə 10 milyon dollar ödəmələ olub. Bu günədək BP-yə qarşı 95 min iddia qaldırılıb. Bu iddialardan 47 mini üzrə şirkətin ödənişi 147 mln. dollar təşkil edib.

   //ANS Press