Venesuelada neft platformasında partlayış

29-01-2016, 13:34
262

Venesuelada neft platformasında partlayışÖtən gün axşam saatlarında Venesuela Dövlət Neft Şirkəti PDVSA-nın neft platformasında partlayış baş verib. Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.
"El Nacional" portalının məlumatına görə, insident Marakaybo gölündə yerləşən platformada qeydə alınıb.
Şirkətin bir neçə əməkdaşının itkin düşə biləcəyi istisna olunmur.
Zərərçəkənlərdən biri bədənin 90 faiz yanığı xəsarəti alıb və vertolyot vasitəsilə qospitala aparılıb.

   //Report