Baş nazirin səfəri yarımçıq qaldı

28-08-2016, 17:13
222

Baş nazirin səfəri yarımçıq qaldıYaponiyanın baş naziri Sindzo Abe qasırğa səbəbindən Keniyaya səfərini yarımçıq kəsmək niyyətindədir.

S. Abe Keniyada Afrikanın inkişafı üzrə VI Tokio Beynəlxalq Konfransında iştirak edir.
 
S. Abe Tokioya  öncədən planlaşdırılan müddətdən tez, avqustun 29-da qayıdacaq. Buna səbəb Yaponiya sahillərinə yaxınlaşan "Layonrok" qasırğasıdır. Baş nazir təbii fəlakətin nəticələrinin ləğv edilməsi əməliyyatının koordinasiyasında iştirak etmək niyyətindədir. Ancaq sinoptiklər hələ qasırğanın Yaponiya sahillərini vurub-vurmayacağını dəqiq proqnozlaşdıra bilmirlər. Bununla belə, sahil rayonlarının sakinlərinə qasırğa zamanı ən yaxınlıqdakı sığınacaqlara getmək tövsiyə edilib.

   //APA