Qasırğa Texası cənginə aldı

15-02-2017, 14:13
281

Qasırğa Texası cənginə aldıTexas ştatının iri şəhərlərindən olan Hyuston şəhəri sahillərinə silsiləli qasırğa yaxınlaşıb.

Yerli hidrometeoroloji idarə qasırğa barədə xəbərdarlıq verib. Güclü qasırğa şəhərdə elektrik təchizatına ziyan vurub, 4 ev tamam dağılıb. Güclü qasırğanın ardınca zəif qasırğalar da qeydə alınıb.

Ümumilikdə ştatda qasırğalardan azı 6 nəfərin müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanalarda yerləşdirildiyi barədə məlumat verilib.

Daha öncə ABŞ-ın cənubunda, Luiziana ştatında silsilə qasırğalar nəticəsində 30 nəfər xəsarət almışdı.

   //Trend