Polis sevgi münasibətində olduğu qadını və ərini güllələdi

12-09-2022, 17:04
122

BUGUNBİLDİM.COM



ABŞ-ın Kaliforniya ştatında polis ərlə arvadı güllələyib.

Nəzər Media.az lent.az-a istinadən xəbər verir ki, gecə saatlarında Dublin şəhərinin polis idarəsinə evdən atəş səsi eşidilməsi ilə bağlı məlumat daxil olub. Hadisə yerinə gələn polislər orta yaşlı ərlə arvadın cəsədlərini və 6 giliz aşkar ediblər. Hər 2 şəxs boynundan güllələnmişdi.

Cinayəti törədən şəxs 4 saat sonra polisə könüllü təslim olub. Bu, cinayət axtarış polisində müavin vəzifəsində işləyən 24 yaşlı əməkdaş idi. Lakin onun qətldə istifadə etdiyi tabel silahı hələ tapılmayıb. Həbs edilən polisə qarşı 2 nəfəri öldürmə ittihamı irəli sürülüb.

ABŞ mediasının məlumatına görə, polisin öldürülən qadınla sevgi münasibətləri olub.