“Qana ehtiyacı olan uşaqları UNUTMAYAQ ! Hər dəqiqə bizi gözləyirlər…”

5-04-2020, 11:54
222


Bu sözləri  “Qan Donorları Assosiasiyası”nın sədri Fuad Əsgərov öz çağırış müraciətində  Xəbər24.az saytına bildirib.

Fuad Əsgərov qeyd edir ki, “Bəli, bütün dünyanı narahat edən və bizdən yan keçməyən bir problem içərisindəyik.  Amma ağrıya dözümsüz xəstəliklərimiz də var. Bunlar arasında irsi qan xəstəlikləri və xərçəngdən əziyyət çəkən övladlarımız və vətəndaşlarımız da az deyil. Biz onları unutmamalıyıq. Günlərdi sosial şəbəkələrdə çağırışlar edib cəmiyyətin diqqətini ayırması lazım olan övladlarımıza yönəldirəm. Qanvermə aksiyalarına biganə qalmamalıyıq. O uşaqların ərzağa yox qana ehtiyaci var !

Mərkəzi Qan Bankı ilə mütamadi əlaqə saxlayırıq, bütün təhlükəsizlik tədbirləri ilə donorları qəbul etməyə hazırdırlar”.