Bakının bəzi bölgələrində 24 saat su olmayacaq

6-11-2015, 12:57
319

Bakının bəzi bölgələrində 24 saat su olmayacaqCeyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin çıxış kəmərindən mövcud magistral su kəmərlərinə yeni birləşmələrin verilməsi ilə əlaqədar 06 noyabr 2015-ci il tarixdə saat 06:00-dan 24 saat müddətinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azersu" ASC mətvbuat mərkləzindən  daxil olan məlumata görə, məhdudiyyət Abşeron rayonunun Ceyranbatan, Saray qəsəbələrini, "Qurtuluş” yaşayış massivini, Novxanı qəsəbəsini və Binəqədi rayonu Yeni Biləcəri yaşayış massivinin bir hissəsini əhatə edir.

Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bir neçə gün əvvəl prezident İlham Əliyevin iştirakı ilə Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub. Paytaxtda inşa edilən kompleks dünyanin ən iri kompleksi olmaqla fərqlənir. Burda xam su anbarından su götürülür nasoslar vasitəsilə xırdasüzgəcli qurğulara ötürülərək növbəti mərhələyə göndərilir.

Hələ 4 il əvvəl təməli qoyulan bu kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, Qala-Zirə hissəsinin tikintisi isə ötən il başa çatdırılıb.

Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca anbarlar tikilib.

   //ANS Press