Ləhiş massivi zibilliyə çevrilib

29-10-2015, 11:08
255

Ləhiş massivi zibilliyə çevrilib Ləhiş bağlarının sakinləri ərazinin məişət tullantıları ilə zibillənməsindən narahatdırlar.

Sabunçu rayonu Nardaran qəsəbəsinin Ləhiş massivi bağları kimi tanınan ərazi tanınmaz hala gəlib. Tullantılar üzündən bura gələn torpaq yol və onun ətrafı uzun müddətdir pis haldadır. Yoldan keçən gətirib bu əraziyə zibil atır. Bu səbəbdən də sakinlər həmin tərəfdən bağlara gedən yola gediş -gəlişin məhdudlaşdırılmasını istəyirlər. Sakinlər aidiyyatı üzrə çoxlu sayda məktubla müraciətlər də ediblər.

Məsələ ilə bağlı Sabunçu Rayonu Mənzil Kommunal Təsərrüfat İdarəsinin rəisi Akif Ramazanov bildirdi ki, həmin ərazi dəfələrlə zibil tullantılarından təmizlənib. Amma buna baxmayaraq bu əraziyə zibil mütəmadi olaraq Nardaran və Maştağadan da gətirilir.

Hər halda bu məsələdə sakinlərin də üzərinə böyük məsuliyyət düşür. Çünki ərazinin təmiz saxlanılması bilavastə bu yoldan istəfadə edən vətəndaşlarla da əlaqəlidir.

   //ANS