Əsəri zibil sayıb atdılar

26-10-2015, 17:51
312

Əsəri zibil sayıb atdılarİtaliyanın Bolsano şəhərindəki "Museion" çağdaş sənətlər mərkəzinin xadimələri səhvən sərgini məhv ediblər.
Onlar sərgidəki eksponatları ziyafətdən qalmış zir-zibil sanıblar.

Şənbə gecəsi "Museion"da təntənəli tədbir olub, klininq personalı isə bazar günü səhər işə başlayıb.
Muzeyə gələn xadimələr döşəmədə boş butulkalar, siqaret kötükləri, konfettilər, hətta ayaqqabılar və paltar görüblər.
Onlar bu "zir-zibil"i yığışdırıb atıblar.

Halbuki bu "zibil" "Bütün gecəni rəqs etməyə hazırlaşırdıq" adlı çağdaş sənət sərgisi imiş.

Muzeyin kuratoru Letisiya Roqaqliyanın dediyinə görə, zibil qutularına atılmış eksponatlar geri qaytarılıb və sərgi ən yaxın vaxtlarda bərpa ediləcək.
 
 
 

  //milli.az