Milli Məclisdə məsələ QALDIRILDI: 59 ərazi vahidində problem var

4-10-2016, 16:07
331

Milli Məclisdə məsələ QALDIRILDI: 59 ərazi vahidində problem varÖlkənin 59 ərazi vahidində torpaqların hansı rayonlara aid olması ilə bağlı müəyyən mübahisələr yaranıb.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu günklü iclasında komitə sədri Arif Rəhimzadə deyib.

Deputat bildirib ki, qəsdən yaxud bilməyərəkdən bu rayonlar biri digərinin torpaq sərhədlərini pozaraq aralarında ərazi mübahisələrinə səbəb olub: "Bilmədən və bəlkə də bilərkdən bir rayon digərinin ərazisinə keçib və sərhədlər pozulub. Keçən iclasda 6 rayonun icra hakimiyyətindən komitəyə daxil müraciətlər olmuşdu. Ancaq bu dəfə daha bir neçə rayonlar bizə torpaq mübahisələri ilə bağlı müraciətlər ediblər:

Hacıqabul rayonu ilə Bakı şəhəri, Abşeron və Şamaxı rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Hacıqabul Rayon İcra Hakimiyyətinin, Xaçmaz rayonu ilə Şabran rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Xaçmaz icra hakimiyyətinin, Bakı şəhərinin Sabunçu rayonu ilə Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisəyə dair Sabunçu rayonu İra Hakimiyyətinin, Bakı şəhərinin Binəqədi rayonu ilə Sumqayıt şəhəri və Abşeron rayonu arasında ərazi məsələsi üzrə mübahisələrə dair Binəqədi Rayon İcra Hakimiyyətinin, Abşeron rayonu ilə Sabunçu, Binəqədi və Qaradağ rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair Abşeron rayon İcra Hakimiyyətinin, İmişli rayonu ilə Beyləqan və Biləsuvar rayonları arasında ərazi məsələsi üzrə mübahisələrə dair İmişli Rayon İcra Hakimiyyətinin, Ağcabədi rayonu ilə Bərdə rayonu arasında ərazi məsələsi Ağcabədi icra hakimiyyətinin Milli Məclisə müraciətləri daxil olub”.

   //Modern.az