Paytaxtda bəzi evlərin altından neft çıxır, üstəlik ərazidə heç bir boru da yoxdur.
Görüntülər Sabunçu rayonu, Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsindəndir. Ərazidə yerləşən 10-dan artıq həyətdən neft çıxır. Bəzi evlərin zirzəmisi də bu cür maye ilə dolub və sızaraq həyətə çıxır. Neft qoxusundan evdə oturmaq mümkün deyil.
Sakinlərin sözlərinə görə, 1 ildən artıqdır ki, həyətlərdə bu cür vəziyyət hökm sürür.
Sakinlər deyirlər ki, neft quyularından çıxan çirkab suyun axıdılması üçün nəzərdə tutulan göl qurudulub və həmin vaxtdan həyətlərdən qrunt suları və neft üzə çıxmağa başlayıb. Həyətdəki əksər ağaclar quruyub və ərazi həşəratların məskəninə çevrilib.
Məsələ ilə bağlı Zabrat ərazi icra nümayəndəsi və ərazinin icarədarı olan "Balaxanı Oil Company"nin nümayəndələri də həyətlərə baxış keçiriblər.
Ərazidə neft hasilatı ilə məşğul olan şirkətin nümayəndələri isə bildiriblər ki, oradan heç bir neft borusu keçmir. Araşdırılma aparıldıqdan sonra problemin həlli istiqamətində lazımi tədbirlər görüləcək.
//milli.az
Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
İlham Əliyev: Bu, müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri Xiyabanı ziyarət edib-FOTOLAR
Azərbaycan cüdo tarixində katada ilk medal
Karateçimiz Avropa çempionatında bürünc medal qazandı
İmaməddin Xəlilov Avropa çempionudur!
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2024” başa çatdı
"Oğlumdan eşitmədiyim sözləri eşidirəm..."
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Hava kəskin dəyişəcək - bu tarixdə - XƏBƏRDARLIQ
Azərbaycanın təklifini qəbul etmək xəyanət olar - Lalə
"Onsuz harasa gedə bilmərəm"
Azərbaycanda daha bir zəlzələ oldu
Gəlin toyda hamının içində soyundu - VİDEO
"Qarabağ" növbəti qələbəsini qazandı-YENİLƏNİB-2