Tənha-kimsəsiz qocalar üçün Xeyriyyə aksiyası təşkil edilmişdir

6-10-2015, 17:03
626

Tənha-kimsəsiz qocalar üçün Xeyriyyə aksiyası təşkil edilmişdir

Xalqımızın əziz  və müqəddəs bayramı  Qurban bayramı  münasibətilə Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşəbbüsü ilə Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərikimya İB və adının hallanmasını istəməyən xeyirxah insanlar tərəfindən bağışlanan qurban payları  daha ehtiyaclı insanlara paylanmışdır. Ümumilikdə, mübarək Qurban bayramı münasibəti ilə ərzində AzQAC Sumqayıt şəhər bölməsi tərəfindən 445 nəfərə humanitar yardımlar olmuşdur ki, bunlar sağlamlıq imkanları məhdud uşaqları, yataq xəstələrini və daha ehtiyaclı tənha yaşlı insanları əhatə etmişdir. Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova giriş sözü ilə açaraq ahılları bu gözəl bayram münasibətilə təbrik etmiş, Sumqayıt şəhərinin təməlini qoyan, onu  qurub-yaradan bu insanlara can sağlığı arzuladı. Sonra söz Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımova verildi və o da öz növbəsində şəhər rəhbərliyinin təbriklərini ömrünün ahıllıq çağını yaşayan  bu müdrik  insanlara çatdırdı və onlara ən xoş arzularını bildirdi. O öz çıxışında  şəhərimizin imkansız insanlarının qayğısına qaldığına görə AzQAC  Sumqayıt şəhər bölməsinə öz minnətdarlığını bildirmiş, tutduqları bu humanist yolda onlara müvəffəqiyyətlər arzulamışdır. Qeyd edək ki, humanitar yardımların paylanılması bölmənin könüllüləri tərəfindən həyata keçirilmişdir Söz alan qocalar da daima onları diqqətdə saxlayan İcra hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin nümayəndələrinə təşəkkürlərini bildirdilər.
resim (3) resim (43) resim (46) sekill (33) sekill (37) sekill (45) sekill (49)

  //Nəzər Media.az